Şəkidə 5 hektar ərazidə kol-kos yanıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Biləcik kəndi ərazisində qeydə alınıb.
Yanğın baş verən əraziyə Qax Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Nəticədə 5 hektar ərazidə biçilmiş taxıl sahəsi və kol-kos yanıb.
Ətrafda olan tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
