Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səkini zəbt edən avtomobillər yığışdırıldı: Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
Bakıda, metronun "Neftçilər" stansiyasının çıxışında avtomobillərin səkidə park edilməsi sakinlərin haqlı narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə avtomobillərin park edilməməsi üçün delinatorlar (rezin dirəklər) quraşdırılmışdı.
Sonra isə həmin dirəklər naməlum şəxslər tərəfindən kəsilib. Avtomobillərin səkidə qanunsuz park olunması isə piyadaların, xüsusən də pik saatlarda hərəkəti üçün ciddi çətinlik yaradır.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.
O qeyd edib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları əraziyə cəlb olunublar.
"Hazırda avtomobillərini səkidə saxlayaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.
Sürücülərdən xahişimiz və eyni zamanda, tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Nəzərə almaq lazımdır ki, səki avtomobillərin dayanması və durması üçün deyil, piyadaların hərəkəti üçün nəzərdə tutulub", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Sürücülər niyə xəstəxana önündə cərimələnirlər?
- Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs olunub
- İdarəetmədən çıxan "AzSamand" qəzaya səbəb oldu: Xəsarət alan var
- Heydər Əliyev prospektində baş verən avtoqəzada xəsarət alanların SON DURUMU AÇIQLANDI
- Narkotikin təsiri altında olan sürücü motosikletlə avtoxuliqanlıq etdi - ANBAAN VİDEO