Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Səkkiz aylıq Alisanın anası: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
Səkkiz aylıq Alisanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Lalə Əliyeva məlumat yayıb.
O övladının beynində anadangəlmə kista olduğunu deyib:
"Alisa ötən ilin dekabr ayında dünyaya gəlib. Doğulduğu gündən həkimlər başında maye olduğunu deyiblər. Həmin gündən bura da müalicələrini edirik. Müalicələr nəticəsində həmin kistanın ölçüsü balacalaşıb. Həkimlər müalicələri vaxtlı-vaxtında etsək, həmin kistanın tamamilə sovrulub gedəcəyini deyiblər".
Gənc ana Alisanın onun ilk və tək övladı olduğunu bildirib:
"Alisa mənim ilk və tək övladımdır. Biz bu xəstəliyi bildiyimiz zaman əlimizdə olan bütün pulu, demək olar ki, müayinələrə xərclədik. Artıq 7 aydır onu müalicə edirik, demək olar ki, əlimizdə olan qalan hər şey tükənib. Alisanın aylıq müalicələri üçün 450-500 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 390-44-79.
Uni Bank: 4098 0944 2327 6870.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Kamran ağır yanıq xəsarətləri alıb: Müalicəsi üçün dəstəyə ehtiyacı var
- Xəstəxanada çarəsiz qalan Yusifin anası kömək istəyir
- Övladı ağır xəstəliklərdən əziyyət çəkən ata: "Yalvarıram, məni oğlumun qarşısında aciz qoymayın"
- Nənə nəvəsi üçün yardım istəyir: "Qohumlar xəstəliyini bilən gündən bizimlə əlaqəni kəsiblər"
- Dörd yaşlı Atilla dünya işığına həsrət qalıb: "Ən böyük arzusu anasını görməkdir"