Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda on minə yaxın İİV daşıyıcısı var
Azərbaycanda İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2024-cü ilin ikinci rübünün sonunadək bu virusla yaşayan insanların sayı 9926 nəfərdir.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova "Sağlam radio"da yayımlanan "Sağlam həyat" verilişində açıqlayıb.
Onun sözlərinə görə, onlardan 69,5%-i kişi, 30,5%-i qadındır:
"Aparılan əks epidemik tədbirlər nəticəsində ölkədə İİV/QİÇS-lə mübarizə istiqamətində mühüm addımlar atılıb və nailiyyətlər qazanılıb. Azərbaycan region ölkələri ilə müqayisədə İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkələr sırasındadır. Xüsusilə qeyd etmək istərdim ki, ölkədə İİV/QİÇS-lə mübarizə sahəsində aparılan çoxistiqamətli profilaktika strategiyası hesabına İİV/QİÇS-lə bağlı cəmiyyətdə məlumatlılıq səviyyəsi artıb".