Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlama verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nazir müsahibəsində bunları deyib:
“Müharibə veteranları və əlillərlə bağlı dövlət proqramının icrası daim həyata keçirilir. Bura onların avtomobillərlə təmin olunması və sair daxildir. Bu məsələ bütün dövlət proqramlarında nəzərdə tutulub. Bu işlər davam edəcək”.
Nazir Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşdüyünü, onların təkliflərini dinlədiyini də açıqlayıb:
“Onların fikirləri, irəli sürdükləri təkliflər gələcəkdə nəzərə alınacaq”.