Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əmir Abdullayev həmyerlisi, 1998-ci il təvəllüdlü Malik Amil oğlu Abdullayevi kürək nahiyəsindən bıçaqlayıb.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti kafidir. Ə.Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev