Şəmkirdə “VAZ” markalı 2 avtomobilin toqquşması 10 nəfərin yaralanması ilə nəticələnib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndindən keçən hissəsində baş verib.
Xəsarət alanlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan bəzilərinin adları da məlum olub. Onlar Arzu Rüstəmov, Ruslan Hüseynov, 1992-ci il təvəllüdlü Dursun Əsgərova,Tovuz rayon sakinləri, 1995-ci il təvəllüdlü Rəhim Arif oğlu Ələkbərov, 1982-ci il təvəllüdlü Könül Fidayıl qızı Əsgərova, 1982-ci il təvəllüdlü Emin Əlixan oğlu Tağıyev və 1978-ci il təvəllüdlü Siyavuş Akif oğlu Məmmədovdur.
İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış.
Nazir QULİYEV