Şəmkirdə avtomobilin aşması nəticəsində yaralanan 4 nəfərdən ikisinin şəxsiyyəti məlum olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunlar 1963-cü il təvəllüdlü Axundova Məhluqə və 1990-cı il təvəllüdlü Məmmədova Aytəndir.
21:52
Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralılardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
L.Ə.