Şəmkirdə avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub.
"Report"un məlumatına görə, xəsarət alanlar "QAZel" markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.
Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.
Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində, "QAZel" markalı kiçik tutumlu yük maşınınla "QAZ-31" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
00:57
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.
İlkin məliumata görə, qəza nəticəsində 3 nəfər ölüb 2 nəfər yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır.