Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş faciəvi olayla bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 28-də saat 19 radələrində Şəmkir rayonunun Keçili kəndində kənd sakini Tural Dilənçizadə idarə etdiyi “Toyota” markalı avtomobillə həmkəndlisi, azyaşlı Lilpar Abbasovanı vurub.
Uşaq hadisə yerində ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
www.oxu.az