Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Elxan Aslanovun idarə etdiyi "Chevrolet" markalı maşın idarəetməni itirərək yoldan çıxıb. Nəticədə, sürücü hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Nazir Quliyev