Şəmkir rayonunun Mahmudlu kəndində iki hektar biçilməmiş taxıl sahəsi və ağaclar yanıb.
Oxu.Az FHN-in saytına istinadən xəbər verir ki, taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
16:51
Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə kol-kos yanır.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatada qeyd edilib ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə kol-kos yanır.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
İlhamə Əbülfət
www.oxu.az