Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib.
Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb.
Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində keçinib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.