“Azərbaycan Dəmir Yolları” QSC-i Şəmkirdə baş verən qəza ilə bağlı rəsmi açıqlama yayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, ölümlə nəticələnən hadisə dekabrın 12-si, saat 19:20-də Dəllər-Zəyəm mənzilində baş verib.
Şəmkir rayon Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb və qatar onu vurub.
Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X.Orucova Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Qatar saat 19:50-də təyinatı üzrə yola salınıb. Hadisə yerində aidiyyəti üzrə araşdırma aparılır.
10:46
Şəmkirdə qatar qadını vurub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən Dəllər-Zəyəm mənzilinin 137-ci km-də qeydə alınıb.
Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Şərifova Xəyalə Zakir qızı qəflətən hərəkətdə olan elektrovozun yoluna çıxıb. Elektrovoz həyəcan siqnalı verməklə yanaşı, təcili tormozlama etsə də, məsafə az olduğu üçün qadını vurub.
X.Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Dursun Tağıyeva
Könül Cəfərli