Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomagistralının Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən Rauf Hüseynovu “Ford” markalı maşın vurub. Zərbənin təsirindən piyada hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.