Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şənbə gününün HAVASI: Sulu qar, qar yağacaq
Fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər
- Abşeronda maşın ustası müştərinin avtomobilini qaçıraraq qəza törətdi
- 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
- Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub
- 38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR
Rəylər