Mart ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.