Bu il Azərbaycanın dövlət sərhədi rejimi qaydalarını ən çox pozan xaricilər Özbəkistan vətəndaşları olub.
Oxu.Az ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat müşavirəsində bildirilir.
Məlumata görə, 2013-cü ildə dövlət sərhədlərini pozduğuna görə 515 nəfər, sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 18159 nəfər Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sərhəd pozucularının 46%-i Azərbaycan, 16,5%-i Özbəkistan, 8,2%-i İran, 4,9%-i Gürcüstan, 4,6%-i Moldova, 3,9%-i Əfqanıstan, 3,5%-i Nigeriya, 2,7%-i Rusiya, 2,3%-i Türkiyə, 7,3%-i isə digər ölkələrin vətəndaşları olub.
Sərhəddə 1 halda pozucular tərəfindən silahlı müqavimət göstərilib. Pozuculara qarşı silah tətbiq edilərkən 1 silahlı sərhəd pozucusu zərərsizləşdirilib.