Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sərnişindaşımaları həyata keçirən şəxslərin NƏZƏRİNƏ
Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişindaşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, proses "AYNA" informasiya sisteminə inteqrasiya olunan "Fərqlənmə nişanı" altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən "Fərqlənmə nişanı"nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş ASAN İmza ilə mümkün olacaq.
Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün "İstifadəçi təlimatları" hazırlanıb.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Avtovağzalda avtobus qıtlığı yaşanır? - Qiymət artımı ilə bağlı iddialara AGENTLİKDƏN CAVAB
- AYNA: "Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb"
- İsmayıllı sakinlərindən şikayət: "Avtobuslar yoxdur, taksilərin ümidinə qalmışıq"
- Səki ilə gedən avtobusun əyləci xarab imiş?
- Abşeronda səkkiz marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib