Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şimali Makedoniya prezidenti: "Energetika Azərbaycanla əməkdaşlığımızın prioritet sahələrindəndir"
"Energetika Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığın prioritet sahələrindən biridir".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova deyib.
"Qazla bağlı qıtlığımız var. Mən "yaşıl" gündəliyi səmimi olaraq dəstəkləyirəm, lakin neftdən ekoloji təmiz enerjiyə keçid vaxt tələb edir. Bizə keçid resursu kimi qaz lazımdır və Azərbaycan regionumuzu enerji resursları ilə təmin etməkdə əsas rol oynayır. Biz bu tərəfdaşlığa qoşulmaq və geniş enerji şəbəkəsinin bir hissəsi olmaq istərdik. Əminəm ki, Azərbaycan Qərbi Balkanlar regionundakı vəziyyəti başa düşür və biz də öz növbəmizdə Bakını daha fəal qarşılıqlı əlaqəyə dəvət edirik", - o bildirib.
Xanım siyasətçi vurğulayıb ki, nəqliyyat marşrutlarının qovşağında yerləşən Şimali Makedoniyanın əlverişli coğrafi mövqeyi Azərbaycan üçün işgüzar əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır.
Prezident energetika ilə yanaşı, turizm, elm və təhsili də əməkdaşlığın perspektivli istiqamətləri hesab etdiyini söyləyib.
"ADA Universitetində olarkən tələbələrin yüksək təşkilatçılığı və biliyi məni heyran etdi. Elm, təhsil və mədəniyyət sahələrində tərəfdaşlıq əlaqələri qura bilərik. Azərbaycan zəngin mədəni irsi ilə məşhurdur və bu baxımdan bizim də bir çox ortaq cəhətlərimiz var. Texnoloji inkişaf dövründə ölkələr arasında məsafələr getdikcə nisbi olur. Bir-birimizi daha yaxından tanımaq, yaxınlaşmaq lazımdır, əminəm ki, Avropa ilə vahid qlobal məkan formalaşdırmaq üçün Avrasiya və Asiya ilə daha aktiv qarşılıqlı əlaqədə qurmalıdır", - o söyləyib.
"Şimali Makedoniya" teqi üzrə xəbərlər
- Şimali Makedoniya prezidenti Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıb
- Bakıda çox sayda insanı aldatdı, Makedoniyada tutuldu - Milli Qəhrəmanın qohumu da zərərçəkəndir
- Zoran Ljutkov: "Biz gələcəyin turizmini yalnız mühüm strateji sənədlərin qəbulu ilə yarada bilərik"
- SOCAR və ESM enerji əməkdaşlığını genişləndirir