Bir neçə gün bundan əvvəl Bakı-Sumqayıt yolunda 142 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı, “10 TG 614” dövlət nömrə nişanlı sərnişinlə dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil olub.
Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Oxu.Az-a açıqlama verib.
Şöbə rəisi bildirib ki, Əsədov Rasim Fazil oğlu barəsində yol verdiyi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunub:
“Sürücü 60 manat məbləğində cərimə edilib və sürücülük vəsiqəsinə üç bal yazılıb”.
Qeyd edək ki, video Avtofser.az saytı tərəfindən yayımlanıb.
İlhamə Əbülfət
www.oxu.az