Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sərnişinlərin NƏZƏRİNƏ: Bir marşrut xəttinin istismarı dayandırılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.
AYNA-dan bildirilib ki, həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib.
Marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- AYNA-nın "TikTok" paylaşımındakı mahnı etiraza SƏBƏB OLDU: Əxlaqsızlığı və narkotiki təbliğ edir
- Bakıda avtobus xüsusi zolaqdan çıxaraq təhlükəli vəziyyət YARADIB
- Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi
- Taksilərlə bağlı YENİLİKLƏR - Sürücülərin gününü qara edən şirkətlərdir?
- Bakının mərkəzi küçələrinin birində avtobus zolağı təşkil edilib