Azərbaycanın Abşeron rayonunun Polis İdarəsinin əməkdaşları keçirdikləri axtarış-əməliyyat tədbirləri nəticəsində xırdabuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən şəxsləri həbs ediblər.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Abşeron rayon Poilis İdarəsindən bildiriblər.
Saxlanılan şəxslər Bakının Xəzər rayonunun Buzovna qəsəbə sakini Nəbiyev Samir Zakir oğlu və Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini Qurbanov Famil Fərhad oğludur.
İlkin araşdırma zamanı müəyyən edilib ki, onlar ikilikdə 60 başdan çox qoyun oğurlayıblar.
Bu gün cinayət işi üzrə 6 epizod araşdırılır. Onlardan üçün Mehdiabad qəsəbəsi, üçü isə Suraxanı rayonunda baş verib.
Cinayətkarlar oğurlanmış heyvanları bazarda satır, aldıqları pulu isə sevgililərinə xərcləyirmişlər.
Məlumdur ki, onlardan biri sevgilisinin bütün xərclərini ödəyib, onun üçün hətta Bakıda xüsusi mənzil də tutub.
Faktla bağlı araşdırma davam edir