Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Elman Hüseyn oğlu Camalov dəfn olunub.
Oxu.Az xəbər verir ki, şəhid Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Elman Camalov 1970-ci ildə paytaxtın Nəsimi rayonunda anadan olub. O, 1992-ci il də yanvarın 1-də Birinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı Şuşa rayonu Daşaltı kəndində itkin düşüb. Onun nəşinin qalıqları 44 günlük Vətən müharibəsindən sonra sözügedən ərazidə aşkarlanan kütləvi məzarlıqda tapılıb.
Mərahim Nəsib
Rəylər