Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Cavanşir Ərşad oğlu Hüseynov dəfn olunub.
Oxu.Az xəbər verir ki, şəhid Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Cavanşir Hüseynov 15.07.1960-cı ildə Cəbrayıl rayonunun Doşulu kəndində anadan olub. O, 1993-cü ilin 23 oktyabrında Birinci Qarabağ müharibəsində gedən döyüşlər zamanı Füzuli rayonu Şükürbəyli kəndində itkin düşüb. Onun Füzuli rayonunun Balabəhmənli kəndində yerləşən qəbiristanlıqda naməlum şəhid kimi dəfn edildiyi məlum olub.
Mərahim Nəsib
Rəylər