Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Yəməndə baş verən hadisələrə münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, A.Paşazadə təəssüflə vurğulayıb ki, ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdı:
“Bütün bunlar çox təəssüf ki, məzhəb ayrı-seçkiliyinin əlamətidir”.