Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi müraciət göndərəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün idarədə keçirilən tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.
O qeyd edib ki, müraciət Azərbaycandan Suriya və digər münaqişə ocaqlarına guya din uğrunda mübarizəyə gedənlərlə bağlıdır:
“Biz elan etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq nazirliyə göndərmək niyyətindəyik. Çünki dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır. Bunun qarşısını birlikdə almalı və fikirləşməliyik ki, bu axının qarşısının alınması üçün nə edək?”