Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib
33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamı ziyarət edib.
"Report"un müxbiri xəbər verir ki, səyyahlar işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.
Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər xiyabanında olublar.
Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub.
Daha çox foto burada: PhotoStock.az
33 beynəlxalq səyyahdan ibarət qrup Şuşaya gəlib.
"Report" xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq, Şuşa qalasına və Cıdır düzünə səfər edəcəklər.
Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya. Niderland və digər ölkələrdən olan bir qrup turist Qarabağ və Şərqi Zəngəzura gəlib.
Səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri, eləcə də bərpa işlərinin gedişi ilə tanış olacaqlar.
Daha çox foto burada: PhotoStock.az
33 beynəlxalq səyyahdan ibarət daha bir qrupun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
"Report" xəbər verir ki, səfər "Piki Reels" klubu tərəfindən təşkil olunub. Qrupa klubun rəhbəri İv Buvi rəhbərlik edir.
Bu səfərdə 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Hollandiya və s. ölkələrdən turistlər iştirak edir. Onların səfəri üç gün davam edəcək.
Qonaqlar əvvəlcə Füzuliyə, daha sonra isə Xocavənd və Şuşaya səfər edəcəklər. Səfər planına Xocalı və Ağdama səfər də daxildir və sabah onlar Laçın və Kəlbəcərə gedəcəklər. Sonuncu gün turistlər Cəbrayıl, Qubadlı və Zəngilana səfər edəcəklər.
Bu, "Piki Reels" klubunun sayca 12-ci səfəridir. Səfər çərçivəsində qonaqlar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə tanış olurlar.
Qeyd edək ki, 2020-2024-cü illərdə dünyanın əsas beynəlxalq turizm klubları Qarabağa və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən çox ölkədən 400-dən çox beynəlxalq səyahətçi iştirak edib.
"Qarabağ" teqi üzrə xəbərlər
- Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
Rəylər