Şimal bölgəsinin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan Meynas Maqsudovadır.
AZƏRTAC xəbər verir ki, Meynas Maqsudova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 30 saylı məntəqəsində səs verəcək.
Bir əsrdən çox yaşayan, 103 yaşlı Meynas nənənin ailəsində 10 övlad, 35 nəvə, 80-dən çox nəticə və 10-dan çox kötükcə böyüyüb.
Ümumilikdə, şimal bölgəsində səkkizi qadın, biri kişi olmaqla, yaşı yüzü keçən 9 seçici var.