Koreya Xalq Demokratik Respublikası (KXDR) yenidən öz qərb sahilindən bir neçə qanadlı raket buraxıb.
Bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Məlumata görə, buraxılış səhər saat 7 radələrində (Bakı vaxtı ilə təxminən 02:00-da) qeydə alınıb. Raketlərin sayı dəqiqləşdirilməyib. Cənubi Koreya ordusu ABŞ ilə öz hərəkətlərini yaxından əlaqələndirərək monitorinqi gücləndirdiyini qeyd edib.
Bu, bir həftə ərzində üçüncü qanadlı raketin buraxılışıdır.
Yanvarın 29-da Şimali Koreya “Pulhvasal-3-31” qanadlı raketlərini uğurla sınaqdan keçirib. Bundan əvvəl, yanvarın 24-də Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket atmışdı.
Mənbə: Yonhap
Rəylər