8 Mart - Beynəlxalq Qadınlar Günündə şimal bölgəsinin sakinləri təbiətin xoş sürprizi ilə qarşılaşıblar.
Bizim.media xəbər verir ki, Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qar yağıb.
Ən çox qar Qubanın Xınalıq kəndinə yağıb - 6 sm. Xınalıqda, həmçinin 6 dərəcə şaxta qeydə alınıb. Qrız kəndində isə qarın hündürlüyü 3 sm, havanın temperaturu isə mənfi 6 dərəcə olub.
Bundan əlavə, Qusarın Laza və Həzrə kəndlərinə də qar yağıb.
Qeyd edək ki, baharın ilk ayında qar yağması el arasında bolluq-bərəkət rəmzi hesab olunur.
8 Mart - Beynəlxalq Qadınlar Günündə şimal bölgəsinin sakinləri təbiətin xoş sürprizi ilə qarşılaşıblar.Bizim.media xəbər verir ki, Quba və Qusar rayonlarının d...
Rəylər