Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbula hazırlaşan abituriyentlər üçün aprelin 20-də keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, abituriyentlər nəticələrlə TQDK-nın rəsmi internet saytında (http://eservices.tqdk.gov.az/netsinaq/ ) tanış ola bilərlər.
Qeyd edək ki, TQDK aprelin 20-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 24 şəhər və rayonda sınaq imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 49066 abituriyent qeydiyyatdan keçib.