Bu gün gənc müğənni Sənan Əliyev mərhum reper Hüseyn Dəryanın xatirəsinə ithaf olunan mahnısını təqdim edib.
Oxu.Az xəbər verir ki, reperin ölümündən üç ay əvvəl müğənni Sənanla birgə oxuduğu “Dostum” adlı mahnı bu gün Youtube kanalına yerləşdirilib.
Sənan Əliyev bildirib ki:
“Bu mahnı, mərhum reper Hüseyn Dəryanın işıq üzü görməyən son studiya yazılarından biri olub. 6 ay əvvəl hazırlanmağa başlayan bu layihə, 3 ay əvvəl oxunub. Mahnı Hüseyn Dəryanın əziz xatirəsinə həsr olunur. Layihədə iştirak edən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, mahnının sözləri və musiqisi Hüseyn Dəryaya, aranjemanı Üzeyir Abdul Cabbara məxsusdur. Layihənin rəhbərləri Aytən Əliyeva və Ruslan Səfəroğludur.
Xatırladırıq ki, martın 15-i yol qəzası nəticəsində dünyasını dəyişən reper Hüseyn Dəryanın ölümündən bu gün 40 gün keçir.