Dünən 18.00 radələrində Yasamal rayonunda MTN əməkdaşları keçirilən əməliyyat nəticəsində sünni məzhəbinin 14 nümayəndəsini həbs ediblər.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə hüquq mühafizə orqanlarından bildiriblər.
Məlum olub ki, xüsusi xidmət dəstəsinin əməkdaşları H.Məcidov küçəsində yaşayan 57 yaşlı Əli Əsgərlinin evinə daxil olublar - bu ünvanda “Mahmudiyyə” mədrəsəsi fəaliyyət göstərir. Saxlanılan şəxslər özlərini Xalidiyyə Sufinin Nəqşbənd müsəlman cərəyanına aid edirlər.
Axtarış zamanı mənzildən dini kitablar, xəritə və dini xarakterli afişalar tapıblar.
Qeyd edək ki, Nəqşbənd – Xalidiyyə Qafqazda geniş yayılmış cərəyandır, əsasən də Çeçenistanda. Şeyx Şamil (1797-1871) Rusiyaya qarşı otuz illik qarşıdurmasını Nəqşbənd-Xalidi Sufi orderinin rəhbərliyi altında aparıb.