Bakıda müəmmalı əməliyyat keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli.Az saytı yazıb.
Saytın məlumatına görə, dünən saat 18.00 radələrində Yasamal rayonunda qara rəngli “Jeep”lə gələn bir neçə şəxs bir nəfərin başına maska keçirərək maşına basıb.
Əməliyyat keçirənlərin kim olduğu bilinmir. Bu hadisə yaxınlıqdakı adamların gözü qarşısında baş verib.