İyunun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-37, bəzi yerlərdə 39 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.