Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şirvanda 500-dən çox saxta spirtli içki satışdan çıxarıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvanda topdansatış mağazasında yoxlama keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı iaşə obyektində 168 ədəd bir litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik "Belaruska" əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI
- Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
- Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırıb
- Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
Ən çox oxunanlar