Şirvan şəhərində meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.
Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1934-cü il təvəllüdlü Şirvan şəhər sakini Xalidə Osmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib. Cinayəti törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, dünən Şirvanın Heydər Əliyev prospekti, 46 ünvanında qeydiyyatda olan 80 yaşlı Osmanova Xalidə Mahmud qızının meyiti Şirvan şəhərinin “Bağ evləri” ərazisində tapılıb.
Qadının baş və qol nahiyəsində zorakılıq əlamətləri aşkar edilib. Mərhum Şirvan şəhəri 10 saylı məktəbdə müəllimə kimi çalışıb və iki il bundan əvvəl təqaüdə çıxıb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.
20:47
Şirvan şəhərində qadın meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospekti, 46 ünvanında qeydiyyatda olan 80 yaşlı Osmanova Xalidə Mahmud qızının meyiti Şirvan şəhərinin “Bağ evləri” ərazisində tapılıb.
Qadının baş və qol nayihəsində zorakılıq əlamətləri aşkar edilib. Mərhum Şirvan şəhəri 10 saylı məktəbdə müəllimə kimi çalışıb və iki il bundan əvvəl təqaüdə çıxıb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.