Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Siyəzəndə özəl müəssisənin həyətində insan sümüklərinin aşkarlanması ilə bağlı RƏSMİ MƏLUMAT
"Siyəzəndə özəl müəssisənin həyətində qədim qəbir aşkarlanıb".
Bu barədə Oxu.Az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından məlumat verilib.
Qeyd olunub ki, bu günlərdə assosiasiyasının üzvü olan "Siyəzən Broyler" ASC-nin ərazisində yeraltı kabel çəkilişi məqsədilə qazıntılar aparılan zaman qədim qəbir aşkarlanıb:
"Məsələ ilə bağlı əlaqədar dövlət orqanlarına məlumat verilib, müvafiq prosedurlar həyata keçirilib".
Siyəzən rayonunda insan sümükləri aşkarlanıb.
"Qafqazinfo" xəbər verir ki, sümüklər rayonun Beşdam kəndi ərazisində yerləşən "Siyəzən Broyler" ASC-nin həyətində qazıntı işləri görən zaman tapılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.