Siyəzəndə ümumi sahəsi 12 kv.m olan mağazada yanğınla nəticələnən partlayış baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nəticədə mağazada olan 40 litrlik qaz balonundan 2 ədədi partlayıb, mağazanın 1 divarı uçub və yanar konstruksiyaları yanıb.
Mağazada olan qaz balonları və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.