AZE.az-ın SOCAR-ın məlumatına əsasən verdiyi xəbərə görə, Azərbaycanın Dövlət Neft Şirkəti 2016-cı il futbol üzrə Avropa Çempionatının əsas sponsorlarından biri olacaq.
Futbol üzrə 15-ci Avropa Çempionatı 2016-cı il iyunun 10-dan iyulun 10-dək keçiriləcək.
2008-ci ilin sentyabrında UEFA-nın İcraiyyə Komitəsi qərara aldı ki, Avro-2016-da ilk dəfə olaraq 24 komanda oynayacaq. Yarışın keçirilmə yeri 2010-cu il mayın 28-də Cenevrədə seçildi. Qalib gələn Fransa oldu. Bu ölkə Avropa çempionatını artıq üçüncü dəfədir keçirmiş olacaq.
Komandaların sayını 16-dan 24-dək artırmaq üçün hərəsində 4 komanda olmaqla 2 əlavə qrup və daha bir pley-off mərhələsi formalaşdırılıb. Pley-offa qrupda birinci və ikinci yerləri tutmuş komandalar, həmçinin üçüncü yerləri tutmuş ən yaxşı dörd komanda keçəcək. Belə formatla əvvəlki 31 oyuna qarşı 51-52 oyun keçiriləcək.
www.aze.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin