Və bu təəccüblü deyil, axı bu gün öz rasionuna diqqət yetirən daha çox insan zəngin və təbii mikroelementlərlə zəngin qidaya üstünlük verirlər.
Bu gün bizim üçün “suşi-bar” ifadəsi çox adiləşib, paytaxda restoran biznesinin bu istiqamətində çalışan çoxlu sayda yerlər peyda olub.
Azərbaycanın paytaxtında belə yerlərdən biri yapon mətbəxi ənənələrinə söykənən Yuka Kaiten Sushi suşi restoranıdır.
Restoranın təsisçisi İradə Məmmədxanovanın sözlərinə görə, onun üçün paytaxtımızda Avropadakı belə suşi-barlardan fərqlənməyən bir restoranın açılması çox mühüm əhəmiyyət kəsb edir:
“Xaricdə suşi-barları ziyarət edərkən qiymətlər barədə unuduruq, çünki bizi ilk növbədə təklif olunan məhsulların yeniliyi və keyfiyyəti cəlb edir. Restoranın təklif etdiyi keyfiyyətli və sağlam yeməklər onun uğurlu fəaliyyətinin tam yarısı deməkdir. Gəlin onu da unutmayaq ki, suşinin özü çox sağlam, balanslaşdırılmış, fosfor, zülallarla zəngin bir qidadır”.
Onun sözlərinə görə, suşi-restoran açmaq ideyasının peyda olmasından sonra o, ilk növbədə bazardakı cari vəziyyətin təhlilini aparıb:
“Bu təhlil göstərdi ki, bakılılar bu məhsulu, yeməyi çox xoşlayırlar. Və o zaman məndə bu fikir yarandı. Xaricdə xeyli sayda suşi-barlarda olmuşam, buna görə də, restoranımızın qonaqlarına “Kayten suşi” adlı yeni istiqamət təklif etmək qərarına gəldim”.
Qeyd edək ki, kayten suşi sağlam, sürətli, dadlı və münasib qidalanma ilə fərqlənən inqilabi konsepsiyalı suşi-bar deməkdir. Burada dadlı yeməklər qonaqlara konveyerin köməyi ilə çatdırılır. Konveyerin qarşısında əyləşən hər bir kəs bəyəndiyi yeməyi götürə və elə oradaca onu yeyə bilər.
“Bakıda hələ belə konsept olmayıb. Paytaxtda Avropa və ABŞ-da olduğu kimi çoxlu restoranlar var. Lakin həmişə yeni bir şeydən başlamaq xoşdur. Biz, artıq edilmiş olanları təkrarlamaq istəmirdik və buna görə də, suşi həvəskarlarına yeni istiqamət təklif etmək qərarına gəldik. Və qeyd etmək istəyirəm ki, bu, sadəcə fast-fud deyil, yüksək səviyyəli, suşi qurmanları və həvəskarları üçün nəzərdə tutulmuş suşi-restoran olacaq. Biz, suşinin keyfiyyətinin məşhur Avropa restoranlarının səviyyəsinə maksimal dərəcədə çatdırmağa çalışacağıq” – deyə, İ.Məmmədxanova qeyd edir.
Yuka Kaiten Sushi-də yeməklərin hazırlanmasına görə Tailanddan olan baş aşbaz məsuliyyət daşıyır. Bu peşəkar ölkəmizdə Berlindən gəlib və hazırda həmvətənlərimizlə birgə işləyərək, öz məharətini onlarla paylaşır.
İ.Məmmədxanovanın qeyd etdiyinə görə, Yuka Kaiten Sushi üçün birinci yerdə keyfiyyət dayanır:
“Biz artıq 4 gündür ki işləyirik və əlbəttə, iş prosesində müştərilərimizin istəklərini öyrənirik. Çox xoşdur ki, bütün rəylər müsbətdir, bu bizi ilhamlandırır. Biz çox şadıq ki, onlar yüksək, arqumentləşdirilmiş və dünya standartları səviyyəsində olan tələblərlə çıxış edirlər. Bu bizə təklif olunan yeməklər və göstərilən xidmətlərin səviyyəsini daha yüksəyə qaldırmağa imkan verir. Artıq söylədiyim kimi, keyfiyyətli yeməklər restoran işində uğurun 50%-i deməkdir. Qalanları isə atmosfer, xidmət səviyyəsi və əlbəttə ki, bizim yerli suşi biznesində təqdim etdiyimiz yenilik – kayten suşidir”.
Suşi-barda hazırlanan yeməklər – dad və sağlamlıq üçün faydanın ideal nisbəti standart “ayaqüstü” qidalanma və ya biznes-lançın əla alternatividir.
Öz rasionuna diqqət yetirənlər suşini layiqincə qiymətləndirəcəklər. Öz yapon qidanıza yaşıl çay da əlavə edin və əhvalınız daim yüksəkdə olacaq!
Yuka Kaiten Sushi suşi-restoranı aşağıdakı ünvanda yerləşir: Bakı, Xocalı prospekti, 14 (“Xətai” metro stansiyasının qarşısında). Tel: (+99412) 498- 55-82, (+99451) 788-10-10
www.facebook.com/pages/Yuka-Kaiten-Sushi-Azerbaijan/149884315166528
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin