Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Gəmiqayırma zavodunun ərazisində faciəvi hadisə baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Sahil qəsəbəsi ərazisində Xəzər Dəniz Neft Donanmasının gəmisində SOCAR-ın Neft-Qaz Tikinti Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin maşinisti bədbəxt hadisə nəticəsində ölüb.
Maşinist 49 yaşlı Mais Kazımov gəminin kərəkəsindən dənizə yıxılıb. O, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.