Beynəlxalq “ArchDaily” memarlıq şirkəti SOCAR - “Mcdonalds”ın Batumi şəhərindəki yanacaqdoldurma stansiyasını 2014-cü ilin ən gözəl memarlıq abidələri siyahısına daxil edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, tansiya orijinal və futurist dizaynı ilə diqqəti cəlb edib.
Bu, SOCAR-ın dünyanın diqqətini çəkmiş ilk obyekti deyil.
Tbilisi-Batumi mərkəzi avtomobil yolunda SOCAR-ın layihəsi əsasında istifadəyə verilib və müştərilərə hər cür xidmət göstərən obyekt də beynəlxalq populyarlıq qazanıb.