Həbs edilmiş şəxs Mobil Zakir oğlu İsmayılovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən onun cibindən mobil telefon aşkarlanıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Mobil Zakir oğlu İsmayılovun əynində olan gödəkçənin cibindən daxilində “Sim” danışıq kartı olan 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Mobil İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilib.
