Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, küləkli və qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Qeyd edilib ki, əmək normaları çərçivəsində işçilərin sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilib: "Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarətdə saxlanılır".
Xatırladaq ki, Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- "Greentech Solutions", BP və tərəfdaşları Azərbaycanda ESG sahəsində ilkə imza atdılar
- Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
- Bakının iki rayonunun qaz təchizatı dayandırılacaq
- Kibercinayətkarlıqdan zərər görənlər ifadə veriblər
- Nazir: "Gələn il Azərbaycan-Sloveniya diplomatik münasibətlərinin 30 illiyi qeyd olunacaq"