Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Pakistan International Airlines" Lahordan Bakıya birbaşa uçuşları bərpa edir
"Pakistan International Airlines" (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə aviadaşıyıcının saytında məlumat verilib.
Uçuşlar həftədə iki dəfə bazar və çərşənbə günləri yerinə yetiriləcək.
Lahordan uçuş yerli vaxtla saat 11:50-də, Bakıya eniş yerli vaxtla saat 15:30-da olacaq.
Səyahət vaxtı 4 saat 40 dəqiqə olacaq.
"Lahor-Bakı reysi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar