Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu - "İspaniya planı" DEŞİFRƏ OLDU
19 yaşlı pakistanlı Muhammad Arşad Bakı Hava Limanında saxlanılıb. Buna səbəb başqa şəxsin pasportu ilə Azərbaycana keçməyə cəhd etməsidir.
Oxu.Az "Musavat.com"a istinadla xəbər verir ki, Muhammad Arşad Lahor-Bakı reysi ilə Bakıya gəlib.
Hava limanında yoxlanış zamanı fotodakı şəxsin Arşada oxşamadığı müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin başqası olduğu bilinib.
Arşad dindirilən zaman məlum olub ki, onun təqdim etdiyi pasport əmisi oğlu Ali Osmana məxsus olub. Həmin pasporta görə əmisi oğluna üç min dollar ödəyib.
O, əməlindən peşman olduğunu, Bakıya gəlməkdə məqsədinin buradan İspaniyaya getmək olduğunu bildirib.
Maraqlıdır ki, Arşad həmin pasportla Pakistan hava limanından Bakıya uça bilib.
Araşdırma zamanı o da məlum olub ki, Ali Osman öz pasportunu əmisi oğlu Arşada verən zaman İspaniyada müvəqqəti yaşamaq icazəsi verilən sənəd də təqdim edib. Arşad işləmək və yaşamaq üçün İspaniyaya getmək istədiyini deyib.
Məhkəmə Muhammad Arşada səkkiz ay həbs cəzası verib. Cəzası başa çatdıqdan sonra məcburi qaydada ölkədən çıxarılacaq.
"Pakistan" teqi üzrə xəbərlər
- İşəgötürənlərə vergi güzəştlərinin nəzərdə tutulması ilə bağlı TƏKLİF
- Pakistanda məsciddə partlayış baş verib: Ölənlər və yaralananlar var
- Pakistanın baş naziri 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
- Azərbaycan tezliklə Pakistandan "JF-17 Thunder" qırıcıları alacaq
- Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb