Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Londondan Zelenskiyə dəstək gəldi: "Axıra qədər yanınızdayıq"
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Kiyevi tam dəstəklədiklərini deyib.
Oxu.Az xəbər verir ki, K.Starmer bildirib:
"Bütün Birləşmiş Krallıqda tam dəstəyə maliksiniz. Nə qədər lazımdırsa, o qədər sizin və Ukraynanın yanındayıq".
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Qeyd edək ki, Zelenski Ukraynaya dəstək üçün Avropa liderlərinin sammitində iştirak edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün ABŞ Prezidenti Donald Trampla qalmaqallı görüşündən sonra ABŞ-ni tərk edərək martın 1-də Böyük Britaniyaya səfər edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "BBC", "Sky News" və "The Guardian" nəşrləri məlumat verib.
"Sky News" həmçinin içində Zelenskinin olduğu güman edilən Ukrayna nümayəndə heyətinin təyyarəsinin hava limanından videosunu paylaşıb.
Martın 2-də Ukrayna Prezidenti Londonda Böyük Britaniya hökumətinin başçısı Kir Starmerin təşkilatçılığı ilə baş tutan Ukrayna və Avropanın təhlükəsizliyinə dair böyük sammitdə iştirak edəcək.
Starmer bir gün əvvəl Ağ Evdəki qalmaqaldan sonra Ukrayna prezidenti ilə telefonla danışıb və onu Londonda keçiriləcək sammitdə gözlədiyini təsdiqləyib.
Hazırda Ukrayna Prezidenti Volodimir Zelenskinin olduğu təyyarə ABŞ-dən Londona uçur. Ehtimal edilir ki, orada mühüm diplomatik görüşlər və ya danışıqlar keçiriləcək.
Oxu.Az-ın News.novyny.live-a istinadən xəbərinə görə, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.
Güman ki, bu səfər beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsini, Ukraynaya gələcək dəstəyi və qlobal çağırışlar üzrə müttəfiqlər arasında koordinasiyanı əhatə edəcək.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya dəstəklə bağlı müzakirə apardığı məlum olub.
Məlumdur ki, martın 2-də Londonda dünya liderlərinin iştirakı ilə sammitin keçirilməsi nəzərdə tutulur.