Soçinin Lazarevski rayon məhkəməsi yerli prokurorluğun iddiası üzrə xarici vətəndaşı Soçidə ona məxsus torpaq sahəsini satmağa məcbur edib, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
Bölgə prokurorluğunun mətbuat xidmətindən bildirildiyi ki, Azərbaycan vətəndaşı torpaq sahəsinə sahibkarlıq haqqını vərəsə üzrə alıb.
Amma Rusiya qanunvericiliyinə müvafiq olaraq, xarici vətəndaşlar Soçinin də daxil olduğu sərhədyanı rayonlarda torpaq sahibi ola bilməzlər.
Beləliklə də, xarici varis Doqomısdakı torpaq sahəsini vərəsə hüququnu aldıqdan sonra bir il müddətində satmalı idi. Amma o, bu işdə tələsməyib.
Nəticədə prokurorluq müvafiq iddianı irəli sürüb, məhkəmə isə bu iddianı tamamilə təmin edib.